Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb

Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb
  23 Aprel 2019    Oxunub:1883
Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə operativ tədbirlər nəticəsində paytaxtın Səbail və Qaradağ rayonlarında (cənub istiqamətində), o cümlədən də Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinlikləri aradan qaldırılıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, ilk növbədə, Lökbatan-Funikulyor Bəhram Gur heykəli istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib. Bununla yanaşı, 5A xətt üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Qeyd edilən hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb.

Məlumat üçün bildiririk ki, yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə 30 qəpik müəyyən edilib. Bu marşrut xətti üzrə avtobuslar yollarda məhdudiyyət tam aradan qaldırılana qədər sərnişinlərə xidmət göstərəcək.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti