Heydər Əliyev prospektində xətlənmə işləri aparılır

Heydər Əliyev prospektində xətlənmə işləri aparılır
  24 Aprel 2019    Oxunub:1844
Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı yol qovşağından şəhər istiqamətinə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sözügedən yolda hərəkətdə olarkən sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol   Xətlənmə  





Xəbər lenti