Dünya ulduzunun Bakı konserti ləğv olundu

   Dünya ulduzunun Bakı konserti ləğv olundu
  24 Aprel 2019    Oxunub:2065
“Formula-1” Qran-Pri yarışları çərçivəsində Bakıda konsert proqramı ilə çıxış etməsi planlaşdırılan dünya şöhrətli ulduz Sem Smitin ölkəmizə səfəri baş tutmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat verilib. Məşhur müğənninin səhhətində problem yarandığına görə, onun Bakı konserti ləğv olunub.

"Dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub. Biz anlayırıq ki, bu, ifaçının çoxsaylı pərəstişkarları üçün üzücü xəbərdir. Lakin unutmayın ki, bu il də sizi Formula 1 Azərbaycan Qran Prisində fasiləsiz əyləncə və rəngarəng aktivasiyalarla zəngin həftəsonu gözləyir. Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik"-, deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Sem-Smit   Konsert   Bakı  





Xəbər lenti