“Yalanlara qarşı qoyulan həqiqətlər unudulur” - Əli Əhmədov

 “Yalanlara qarşı qoyulan həqiqətlər unudulur” -    Əli Əhmədov
  24 Aprel 2019    Oxunub:3248
“Ermənilərin xüsusi yalanlar uydurma təcrübəsi var. Bəşəriyyət 100 ildir ki, erməni yalanı ilə üz-üzə dayanıb".

Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı dəyirmi masada deyib.
Onun sözlərinə görə, kütkəvi sürətdə insanların qırılmasını gizlətmək mümkün deyil, çünki bunun məzarlığı və digər sübutları olmalıdır: “Emənilərin və onların havadarlarının soyqırım iddiaları təsdiqini tapmır. Ermənilər bu yalanlarla qardaş Türkiyəyə və ölkəmizə ərazi iddiaları qaldırırlar. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu yalanlara qarşı qoyulan həqiqətlər unudulur. Ermənilər Bakıda, Şamaxıda, Quba soyqırımlar törədib, amma onların bu əməlləri layiqli cavabını almır. Ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyondan artıq insan yurd-yuvasından məcburi köçkün düşüb. İkili standartlar nəticəsində ermənilərin bu əməllərinə qiymət verilmir. Dağlıq Qarabağda milli-mənəvi, maddi sərvətlərimiz ermənilər tərəfindən talan edilir. Ermənilərin iddia etdiyi uydurma soyqırım qətiyyətlə pislənilməlidir. Bəzi dövlətlər “erməni soyqırım”ı ilə bağlı canfəşanlıq göstərirlər, bu da təbii ki, ikili standartların nəticəsidir”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan ermənilərin törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində addımlar atır: “Bu məsələ ətrafında fikirayrılığı ola bilməz, milli iradə olmalıdır. Türkiyə və Azərbaycan bu işləri birgə görür”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti