10 ölkədə 74 nəfər qızılcadan ölüb

10 ölkədə 74 nəfər qızılcadan ölüb
  24 Aprel 2019    Oxunub:2079
Azərbaycanda 2018-ci ildə 71 nəfərdə, 2019-cu ildə 218 insanda qızılcaya yoluxma təsdiqlənib.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST ) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə əlaqələndiricisi Cəvahir Süleymanova deyib.

"Azərbaycanda qızılcaya yoluxma halı (03.2018-02.2019) hər 1000000 nəfərə 1 yaşdan aşağı 26.9, 1-4 yaş qrupunda 20.1, 5-9 yaş qrupunda 29.1, 10-14 yaş qrupunda 10.2, 15-24 yaş qrupunda, 73.1, 25-39 yaş qrupunda 44.1, 40 yaşdan yuxarı isə 5.1-dir".



C.Süleymanova bildirib ki, 10 ölkədə qızılcadan 74 ölüm halı qeydə alınıb. Belə ki, ən yüksək ölüm halı Rumıniya, Ukraynada olub.

"2018-ci ildə 47 ölkədə 83540 yoluxma halı baş verib. Ötən il Avropa regionunda ən yüksək rəqəm Ukraynada qeyd alınıb. Burada qızılcaya 39902 yoluxma halı olub. Yaşı 30 və 30-dan çox olanlar qızılcaya daha çox yoluxublar. 2019-cu ildə Avropa regionunda 42 ölkədə 34300 yoluxma halı baş verib. Ən yüksək rəqəm bu il də 25319 hal olmaqla, Ukraynada qeydə alınıb".

Aytən Zəhra
Azvision.az



Teqlər: Qızılca  





Xəbər lenti