YAP-da dəyirmi masa keçirilib

YAP-da dəyirmi masa keçirilib
  24 Aprel 2019    Oxunub:1888
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Uydurma erməni soyqırımı: Həqiqətlər və yalanlar” adlı dəyirmi masa keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, partiya sədrləri, tarixçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Dəyirmi masada çıxışı zamanı Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, bəşəriyyət erməni yalanları ilə üz-üzədir, o, qeyd edib ki, ermənilər tarix boyu Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Ə.Əhçədiv çıxışında vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı cinayətləri hüquqi qiymətini almalıdır.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da çıxışında ermənilərin soyqırıma məruz qalmadığı bildirib. Onun sözlərinə görə, onlar iddia edirlərsə, Türkiyə arxivlərini açmağa hazırdır: “Ermənilər bu yalanlardan əl çəkməlidirlər. Onlar azərbaycanlılara qarşı törədiyi cinayətlərə nə cavab verəcəklər?”.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru Yaqub Mahmudov çıxış edərək ermənilərin iddiaları tarixi faktlarla ifşa edib.
O bildirib ki, ermənilər tarixi faktları saxtalaşdırmağa cəhd edirlər.

Deputat Fəzail Ağamalı erməni yalanlarına qarşı mübarizəni Azərbaycan Türkiyə ilə birlikdə həyata keçirməlidir. O qeyd edib ki, ermənilər Azərbaycanda, Anadoluda və digər türkdilli dövlətlərdə soyqırımlar törədiblər. O, Bakıda soyqırım abidəsinin yaradılmasını təklif edib.

Deputat Asim Mollazadə çıxışında deyib ki, ermənilərin məqsədi azərbaycanlıları məhv etməkdir: “Azərbaycan və Türkiyə mütəxəssisləri arxivləri araşdırmaqla ermənilərin əməllərini üzə çıxarılmalıdır. Bizə qarşı sistemli şəkildə işləyiblər. Ermənilərin ABŞ-ın həm qanunverici, həm də icraedici orqanlarında g çox ciddi dayaqları var. Erməni diaspor təşkilatları da türk diaspor təşkilatlarından güclüdür. Bu, həm siyasi, həm də media sahəsində özünü göstərir. Bütün bunlar nəzərə alınmalıdır”.

Çıxış edən deputat Fazil Mustafa, Rauf Əliyev və digər iştirakçılar uydurma erməni soyqırmı ilə bağlı fikirlərini bildiriblər. Onlar çıxışlarında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacib olduğunu qeyd ediblər.

Azvision.az


Teqlər: YAP   Dəyirmi-masa  





Xəbər lenti