6 barmaqlı uşaq ATU-da əməliyyat olundu

6 barmaqlı uşaq ATU-da əməliyyat olundu
  24 Aprel 2019    Oxunub:2255
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub.
Bu barədə Azvision.az -a ATU-dan məlumat verilib.

Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədov bildirib ki, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirmiş. Onun sözlərinə görə, polidaktiliya əlavə barmaqların olması xəstəliyidir: "Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.



Cərrah qeyd edib ki, polidaktiliya nadir xəstəlik deyil: "Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinır. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır".

Azvision.az


Teqlər: Əməliyyat   ATU   Uşaq  





Xəbər lenti