Bir ildə 144 nəfər insan alverinin qurbanı olub

   Bir ildə 144 nəfər insan alverinin qurbanı olub
  27 Aprel 2019    Oxunub:5028
Ötən il Azərbaycanda qeydə alınmış insan alveri qurbanlarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə 144 nəfər insan alverinin qurbanı olub, 4 nəfər isə məcburi əməyə cəlb edilib.
Bundan əlavə, insan alverinə görə 21 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: İnsan-Alveri  





Xəbər lenti