Dəhşətli qətllər, adam oğurluğu, zorlanma - Cinayət statistikası
Ötən il qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə 267 nəfər, qəsdən sağlamlığa ağır zərər vurmağa görə 311 nəfər, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə 1344 nəfər, adam oğurluğuna görə 61 nəfər, zorlanmaya görə 23 nəfər, yetkinlik yaşına çatmayanları fahişəliyə, əxlaqsızlığa cəlb etməyə görə 24 nəfər həbs olunub.
İqtisadi sahədə ötən il 5270 cinayət törədilib ki, onlardan 4747 nəfəri həbs edilib. Belə ki, oğurluğa görə 2535 nəfər, dələduzluğa görə 974 nəfər, soyğunçuluğa görə 233 nəfər, quldurluğa görə 169 nəfər, qaçaqmalçılığa görə 202 nəfər, vergidən yayınmağa görə 33 nəfər həbs edilib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Statistika Cinayət Qətl