Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!
  27 Aprel 2019    Oxunub:1899
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov və Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən sürücülərdən adı çəkilən ünvanlar boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti