Görüşə konfet apardılar, içindən narkotik çıxdı

Görüşə konfet apardılar, içindən narkotik çıxdı
  27 Aprel 2019    Oxunub:2979
Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Azvision.az Penitensiar xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1; 69.3-cü maddələrinə əsasən 2 il 3 ay 13 gün müddətinə azadlqıdan məhrum edilmiş məhkum Rahmanov Pərviz Rövşən oğlu ilə qısamüddətli görüşə gəlmiş Salyan şəhər sakinləri atası Rəhmanov Rövşən Nəsir oğlu və anası Rəhmanova Vüsalə Malik qızı tərəfindən gətirilmiş sovqata və üzərlərinə baxış keçirilən zaman orada olan konfetlərin arasında gizlədilmiş bir ədəd bükülüdə 0,192 qram tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Penitensiarxidmət  





Xəbər lenti