Sumqayıtda jurnalistlər ağac əkib

Sumqayıtda jurnalistlər ağac əkib
  27 Aprel 2019    Oxunub:1670
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aksiyada 100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın təbiətinə daha bir töhfə verilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Azvision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti