Azərbaycanlı xanım Estoniyada partiya sədri seçildi

  28 Aprel 2019    Oxunub : 1402
Azərbaycanlı xanım Estoniyada partiya sədri seçildi
Estoniyada "Yaşıllar" partiyasının sədri vəzifəsinə yenidən Züleyxa İsmayılova seçilib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın illik konqresində qəbul olunub.

Qeyd edək ki, partiyanın sədrliyinə namizədliyini Estoniyanın keçmiş birinci xanımı Evelin İlves də irəli sürmüşdü.

Züleyxa İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

Züleyxa İsmayılova ilk dəfə 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005-2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017-ci ildə Tallin şəhərinin vitse-meri seçilib.

O, 2016-cı ildə "Anne Stiil" jurnalının versiyasına görə Estoniyada "İlin qadını" seçilib.



Azvision.az

Teqlər: Partiya   Estoniya   Azərbaycanlı