Xorvatiya XİN rəhbəri Azərbaycana gəlib

   Xorvatiya XİN rəhbəri Azərbaycana gəlib
  29 Aprel 2019    Oxunub:1598
Xorvatiya Baş Nazirinin Müavini və Xarici İşlər və Avropa Məsələləri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.
Azvision.az xəbər verir ki, nazir səfəri çərçivəsində sabah Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) Səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.

Nazirin səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü olacaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Xorvatiya   XİN  





Xəbər lenti