Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb

Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb
  29 Aprel 2019    Oxunub:1466
Milli Məclisin növbəti plenar iclası mayın 3-də keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda əvvəlcə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı təqdim olunacaq.

Bundan başqa, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə", "Sığorta fəaliyyəti haqqında", "Dövlət rüsumu haqqında" və s. qanunlara, o cümlədən Mülki, Mənzil, Vergi, Gömrük, Su, İnzibati Xətalar məcəllələrinə dəyişiklik ediləcək.

Yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Hesabat  





Xəbər lenti