İlham Əliyev xorvatiyalı naziri qəbul edib - Yenilənib
Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Mariya Buriç Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Azvision.az
Teqlər: İlham-Əliyev Xorvatiya