Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb
  29 Aprel 2019    Oxunub:1714
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 160-210 faizini təşkil edir.
Departamentdən Azvision.az -a bildiriblər ki, aprelin 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 328 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 46 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 132 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 74 faizini təşkil edir.

Aprelin 29-da Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 17 santimetr azalaraq 571 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr azalaraq 409 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 18 santimetr azalıb və 418 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 307 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 20 santimetr azalaraq 300 santimetrə bərabər olub.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti