Azərbaycan və Xorvatiya əlaqələri müzakirə edilib
Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafı baxımından hökumətlərarası komissiyanın fəaliyyətinin önəmini vurğulayan Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Novruz Məmmədov bildirib ki, Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olacaq.
Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Baş nazir deyib ki, xanım Mariya Buriçin ölkəmizə səfəri çərçivəsində növbəti Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi də bu sahədə əlaqələrin inkişafına xidmət edəcək.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirən xanım Mariya Buriç Xorvatiyanın Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Görüşdə informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, idman, gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Novruz-Məmmədov Xorvatiya