Sahibsiz heyvanlarla bağlı nəzarət mexanizmi yaradılacaq

Sahibsiz heyvanlarla bağlı nəzarət mexanizmi yaradılacaq
  29 Aprel 2019    Oxunub:1369
Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq.
Azvision.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti