Arzu Rəhimov Qubada qəbul keçirəcək

  30 Aprel 2019    Oxunub : 1179
Arzu Rəhimov Qubada qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 may 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Qubada Qusar və Quba rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev tərəfindən SiyəzənXızıSiyəzən rayonlarından, saat 11:00-da isə Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev tərəfindən Xaçmazda ŞabranXaçmaz rayonlarından olan vətəndaşların qəbulu təşkil olunacaq.

Qəbula yazılmaq istəyən vətəndaşların 13 may 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Azvision.az

Teqlər: SHXÇDX