Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır
ETİ-nin baş direktoru Novruz Abdullayevin sözlərinə görə, inert versiya sınaq üçün hazırdır. Bunun müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqları həyata keçiriləcək. Daha sonra, sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.
Qeyd edək ki, LGK-nin inteqrasiya edildiyi Azərbaycan istehsalı olan QFAB-250 aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq 12000 metrədək məsafədə hədəfləri maksimum 10 metr sapma ilə vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır.
Azvision.az