7 uşaq yenidən ailələrinə qayıdıb

7 uşaq yenidən ailələrinə qayıdıb
  30 Aprel 2019    Oxunub:1504
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində hazırda 345 uşaq daimi dövlət təminatında yaşayır.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Uşaqların funksional çatışmazlıqlarının, davranış problemlərinin aradan qaldırılması üçün uyğun reabilitasiya işləri aparılır, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.

Uşaqların doğma ailə mühitinə dönüşünə xidmət edən de-institusionalizasiya tədbirləri də davam etdirilir. Uşaqları ilə görüşə gələn valideynlərlə bu məqsədlə fərdi qaydada maarifləndirici söhbətlər aparılır.

Digər tərəfdən, valideynlər aparılan reabilitasiya işlərinin uşaqlarının davranışında müəyyən müsbət dəyişikliklərə səbəb olduğunu gördükdə, yenidən onları özləri ilə ailələrinə qaytarırlar. Nəticədə bu ilin ötən dövründə həmin sosial xidmət müəssisələrindən 7 uşaq yenidən doğma ailələrinə qayıdıb.

Azvision.az


Teqlər: ƏƏSMN   Uşaq  





Xəbər lenti