Hüseynin vəziyyəti yaxşıdır, artıq evə buraxılıb

Hüseynin vəziyyəti yaxşıdır, artıq evə buraxılıb
  30 Aprel 2019    Oxunub:1803
Üzünü it dişləyən uşaq artıq evə buraxılıb.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşağın vəziyyəti yaxşıdır və peyvəndləri mütəmadi olaraq vurulur.

Qeyd edək ki, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində quduz it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Hüseyn   Uşaq   İt   Xəstəxana  





Xəbər lenti