Məhkəmələrin 61 faizi “Elektron məhkəmə” sisteminə qoşulub - FOTOLAR
Ədliyə nazirinin müavini Azər Cəfərov çıxışında "Elektron məhkəmə" sistemi haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem məhkəmələrin 61 faizində tətbiq olunur.
Qeyd olunub ki, dövlət başçısının 2014-cü il 13 fevral tarixli sərəncamında “Elektron məhkəmə” informasiya sisteminin yaradılması əksini tapıb. Onun sözlərinə görə, hazırda elektron informasiya sistemi Naxçıvan da əhatə olunmaqla ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur: “Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir”.
Nazir müavini vurğulayıb ki, Azərbaycanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlər çərçivəsində sistemin mühüm komponentləri olan məhkəmələrin vahid internet portalı, elektron şəxsi kabinet, məhkəmə qərarlarının vahid bazası, elektron icra sistemi yaradılıb.
Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov isə bildirib ki, Məhkəmə-hüquq sistemində 2008-2018-ci illərdə əldə olunan əsas nəticələr və nailiyyətlərdən biri "Elektron məhkəmə" sisteminin qurulmasıdır.
O, "Elektron məhkəmə" və "Elektron icra" sisteminin qurulmasında əsas amillər kimi aşağıdakıları qeyd edib:
-Müasir proqram təminatının hazırlanması
-Müvafiq qanunvericilik aktlarının mövcudluğu
-İstifadəçilərin fəallığı və təlimlərin keçirilməsi
-Dövlət qurumlarının elektron məlumat mübadiləsinə hazır olması və inteqrasiya
- Ölkə üzrə vahid şəbəkə infrastrukturunun qurulması.
Hakim əlavə ki, kağızsız əməliyyatların çoxalması eyni zamanda hakimlərin və məhkəmə işçilərinin də iş yükünü azaldıb. Onun sözlərinə görə, süni intellektin köməyi ilə bir çox yeniliklərə imza atılıb.
Təqdimat çıxışlarla davam edib.
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: Məhkəmə