Ceyhun Bayramov terror qurbanlarını andı - FOTO

Ceyhun Bayramov terror qurbanlarını andı -  FOTO
  30 Aprel 2019    Oxunub:2881
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 10 il ötür.
Azvision.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov ADNA-ya gəlib. O, 10 il bundan əvvəl ADNA-da baş vermiş terror hadisəsi nəticəsində həlak olmuş tələbə və müəllimlərin xatirəsini anıb.

Qeyd edək ki, 2009-cu ilin 30 aprelində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxanlara "Makarov" tipli tapançadan atəş açıb. Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər həlak olub.







Aytən Zəhra
Azvision.az



Teqlər: ADNA   Terror   Ceyhun-Bayramov  





Xəbər lenti