Bu yol bir gün bağlı olacaq

Bu yol bir gün bağlı olacaq
  30 Aprel 2019    Oxunub:1424
Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Qurum yarana biləcək narahatlığa görə üzr istəyib.

Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti