Əmlakı qəsdən məhv edənlər tutuldu

Əmlakı qəsdən məhv edənlər tutuldu
  30 Aprel 2019    Oxunub:1741
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun “Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırmasını, habelə qapısını və yük yerini əzməsini bildirib.
Azvision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Əmlak   Məhvetmə  





Xəbər lenti