“Azərbaycan Ordusunun təminat bazası möhkəmdir” - Nazir müavini
İstanbulda keçirilən hərbi sərginin əhəmiyyətindən söz açan nazir müavini Azərbaycanın pavilyonuna böyük diqqətin olduğunu vurğulayıb.
“Sərgiyə 70 ölkədən 1100-ə yaxın şirkət qatılıb. Müdafiə sənayesi sahəsində təqdim etdiyimiz məhsullar əsasən ixracyönümlüdür. Biz cənab prezidentin tapşırığına əsasən, ildən-ilə ixracat potensialımızı artırmalıyıq. Sərgi iştirakçılarının bizim pavilyona diqqəti böyükdür. Müdafiə nazirimiz bizim pavilyonu ziyarət edib. Bir neçə ölkənin nümayəndəsi ilə görüşlərimiz olacaq. Çox ciddi və gərgin iş qrafikimiz var”.
Y.Musayev, həmçinin qeyd edib ki, ordunun qüvvəsi həm də təminatdan asılıdır: “Biz burada sübut edirik ki, Azərbaycan Ordusu layiqli olaraq dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusunun təminat bazası möhkəmdir”.
Anar Kəlbiyev
Azvision.az