Gələn il Azərbaycanda hərbi sərgi keçiriləcək

  30 Aprel 2019    Oxunub : 1401
Gələn il Azərbaycanda hərbi sərgi keçiriləcək
Gələn il paytaxt Bakıda “ADEX-2020” sərgisi keçiriləcək.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2019” sərgisində deyib.
Nazir müavini bildirib ki, İstanbul şəhərində iştirak etdikləri sərgidə gələn il paytaxta keçiriləcək “ADEX-2020”in təbliğatını aparırlar.

Qeyd edək ki, ötən il ölkəmizdə “ADEX-2018” sərgisi keçirilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yəhya-Musayev   MSN   ADEX-2020