Azərbaycanın silahları Türkiyədə maraqla qarşılandı
“İDEF-2019” sərgisində milli paviliyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar tədbirin ilk günü ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin dost və müttəfiq ölkələrin rəsmi nümayəndə heyətləri, habelə bu sektorda fəaliyyət göstərən aparıcı firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.
Sərgi işini mayın 3-dək davam etdirəcək.
Azvision.az
Teqlər: Türkiyə Sərgi Silah MSN