Əhaliyə şad xəbər: Qazın limiti artırıldı

 Əhaliyə şad xəbər:  Qazın limiti artırıldı
  30 Aprel 2019    Oxunub:72300
Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev təbii qazdan istifadəyə görə tətbiq edilən limitin artırıldığını bəyan edib.

Nazirin sözlərinə görə, qərar may ayının 1-dən etibarən qüvvəyə minəcək.

"Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 1700-dən 2200 kubmetrədək artırılıb", - deyə nazir vurğulayıb.

Ş.Mustafayev qeyd edib ki, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq.

Nazirin sözlərinə görə, bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının nümunəsidir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qaz   Limit  





Xəbər lenti