Yəhya Musayev Türkiyədə danışıqlar aparıb

Yəhya Musayev Türkiyədə danışıqlar aparıb
  01 May 2019    Oxunub:1997
Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmirlə görüşüb.
Nazir müavini Türkiyədə XIV dəfə təşkil olunan beynəlxalq müdafiə sənayesi sərgisinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, iki qardaş ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Müdafiə Sənayesi Nazirliyindən (MSS) Azvision.az -a verilən məlumata görə, səmimi keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.



Sərgi çərçivəsində nazir müavini “IDEF-2019”də öz məhsullarını nümayiş etdirən Türkiyənin “ASELSAN” şirkətinin stendində olub və şirkətin nümayəndələri ilə görüşüb.

Eyni zamanda, nazir müavini Pakistanın “GİDS” şirkətinin stendini ziyarət edib, şirkətin icraçı direktoru Tariq Cavaidlə görüşüb.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: MüdafiəSənayesiNazirliyi  





Xəbər lenti