İnsan alverinə qarşı mübarizə müzakirə olundu
Qeyd olunub ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, profilaktika, cinayət təqibi, insan alveri qurbanları və ya potensial qurbanları, o cümlədən uşaqların sosial reabilitasiyası, müdafiəsi və onlara göstərilən yardımın gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi, maarifləndirmə və birgə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı layihədə 67 müxtəlif tədbir nəzərdə tutulub.
Eyni zamanda müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakı, dövlət orqanları ilə əməkdaşlığı və fəaliyyətlərinə maliyyə dəstəyinin göstərilməsinə dair layihə üzrə konkret tədbirlərin planlaşdırılması müzakirələr zamanı xüsusilə vurğulanıb, mövcud ehtiyacların həlli və gələcək perspektivlərin həyata keçirilməsi baxımından sənəd tam məqsədəuyğun hesab olunub.
Azvision.az
Teqlər: İnsan-Alveri Komissiya