Mingəçevirdə 50 kq yararsız ət aşkar edilib
Şəhərdəki mərkəzi bazarda ət kəsimi məntəqələrinin birindən sümükdən ayrılmış, natəmiz vəziyyətdə və istifadəyə yararsız olan 50 kiloqram mal əti aşkar edilib. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN