Penitensiar xidmətdə Komissiyanın növbəti iclası keçirilib

Penitensiar xidmətdə Komissiyanın növbəti iclası keçirilib
  02 May 2019    Oxunub:1552
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində “Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqədi Qaydalar”ın icrası ilə əlaqədar aprel ayı ərzində Penitensiar müəssisələrdə keçirilmiş iclasların müzakirəsi məqsədilə Komissiyanın növbəti iclası keçirilib.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumat görə, iclasda cəzaçəkmə müəssisələrində alt komissiyaların qəbul etdikləri müxtəlif protokollardan müəssisə rəislərinin şikayətləri dinlənilmiş, həmçinin komissiyanın narazılıqla qarşılanan qərarları sədr tərəfindən üst komissiyanın müzakirəsinə çıxarılıb.

Toplantının sonunda komissiya zamanı rast gəlinən müxtəlif çatışmazlıqların qaydalarda əks etdirilməsi üçün təkliflər irəli sürülmüş və qarşıda duran vəzifələr müzakirə edilib.

Azvision.az



Teqlər: Penitensiarxidmət  





Xəbər lenti