Məmmədyarov qanalı həmkarı ilə görüşüb

Məmmədyarov qanalı həmkarı ilə görüşüb
  02 May 2019    Oxunub:1656
5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Xarici İşlər nazirir Elmar Məmmədyarov Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə ediblər.

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib. Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azvision.az



Teqlər: Qana   XİN  





Xəbər lenti