Bakıda sərxoş sürücü 7 maşını əzdi - VİDEO

 Bakıda sərxoş sürücü 7 maşını əzdi -  VİDEO
  02 May 2019    Oxunub:3114
Bu gün Bakının Binəqədi rayonunda, yaşayış binasının həyətində “Toyota Land Cruiser” markalı avtomobil bir neçə maşını əzib.
Azvision.az -ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Videodan göründüyü kimi, “Toyota Land Cruiser” öncə arxada dayanan iki maşına, daha sonra isə 5 avtomobilə çırpılıb. Maşını idarə edən şəxsin sərxoş olduğu deyilir. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.



Azvision.az


Teqlər: Qəza   Bakı  





Xəbər lenti