Uşaqların 50-70%-i zorakılığın qurbanı olur

Uşaqların 50-70%-i zorakılığın qurbanı olur
  02 May 2019    Oxunub:1517
"Dünyada uşaqların 50-70 %-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur"
Azvision.az xəbər verir ki, bu fikirləri UNİCEF-də uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə Baş Regional Məsləhətçi Aaron Qrinberq V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən iclasda deyib.

Onun sözlərinə görə, erkən uşaqlıq inkişafına qoyulan sərmayələr öz töhfəsini yaxşı verir: "Hazırda bu sahələrə nəhəng sərmayələr yatırılır. Ancaq hələ də 4 milyon uşaq bu sahəyə çıxışı təmin edə bilmir. Sərmayələr uzun müddətli nəticələr əldə etmək üçün yatırılır".

A.Qrinberq qeyd edib ki, bir çox dövlətlərin apardığı tədqiqatlarda çoxlu sayda uşaqların zorakılığa məruz qaldıqları görünür.

"Cəmiyyətə izah edilməlidir ki, uşaqlara qarşı bütün zorakılıq növləri aşağı salınmalıdır".

Aytən Zəhra
Azvision.az



Teqlər: UNİCEF   Uşaq  





Xəbər lenti