Bakı-Gəncə sürət qatarından 30 min sərnişin istifadə edib
Azvision.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
"Qatarın tərkibindəki dörd vaqonda 363 yer var ki, onlardan 293-ü standart, 61-i biznes və 9-u isə birinci klass təsnifatındadır. Qatar bu günədək 30000 nəfərdən çox sərnişin daşıyıb. Orta hesabla bir reysə (gediş-gəliş) daşınan sərnişinlərin sayı 400-500 nəfəri təşkil edir".
Azvision.az
Teqlər: ADY Cavid-Qurbanov