XİN Xələf Xələfovun təyinatını təsdiqlədi

  XİN Xələf Xələfovun təyinatını təsdiqlədi
  04 May 2019    Oxunub:2708
Xələf Xələfov Prezident İlham Əliyevin imzaladığı sərəncamla xarici işlər nazirinin müavini təyin olunub.

Bu barədə məlumatı Azvision.az -a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva təsdiqləyib. O, bildirib ki, sərəncam 3 may tarixində imzalanıb.
Dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Xələf-Xələfov   XİN  





Xəbər lenti