Saxta pul hazırlayanlar - Ötən il 38 fakt qeydə alınıb

  Saxta pul hazırlayanlar -    Ötən il 38 fakt qeydə alınıb
  04 May 2019    Oxunub:2238
2018-ci ildə saxta pul və qiymətli kağızlar hazırlama və ya satma məqsədilə 38 cinayət hadisəsi törədilib.

Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2018-ci ildə vergidən yayınmağa görə 246 cinayət qeydə alınıb. Bundan əlavə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmağa görə 18, qaçaqmalçılığa görə 559, qanunsuz sahibkarlıqla məşğul olmağa görə 47, kredit borclarını ödəməkdən qəsdən yayınmağa görə 3 cinayət qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət   Statistika  





Xəbər lenti