Ali Hərbi Məktəbdə elmi-praktik konfrans keçirilib

Ali Hərbi Məktəbdə elmi-praktik konfrans keçirilib
  04 May 2019    Oxunub:1731
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin Elmi iş planına uyğun olaraq, Ulu Öndərin 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Ali Hərbi Məktəbinin zabit, professor və müəllim heyəti ilə yanaşı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndələri də iştirak ediblər.



Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib. Konfrans iştirakçıları hərbi məktəbin muzeyi, İdeoloji mərkəzi, eləcə də təhsil müəssisəsində çap olunan tədris vəsaitlərinin sərgisi ilə tanış olublar.



Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.
Sonda ulu öndər Heydər Əliyevin abidəsinin önündə xatirə şəkli çəkdirilib.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti