"Samur" gömrük postunda kürü əməliyyatı

"Samur" gömrük postunda kürü əməliyyatı
  04 May 2019    Oxunub:2569
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 1844 LS" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı yük-nəqliyyat vasitəsində yataq üçün nəzərdə tutulan döşəyin alt hissəsindən 20 ədəd plastik qabda, qabları ilə birlikdə ümumi çəkisi 10 kq olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Kürü   Gömrük  





Xəbər lenti