Bəzi yollarda təmir və rənglənmə işləri aparılır

Bəzi yollarda təmir və rənglənmə işləri aparılır
  04 May 2019    Oxunub:1340
Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, gecə saatlarında isə paytaxtın Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq mayın 5-i səhər saatlarınadək davam edəcək.

Sürücülərdən həmin yollarda diqqətli olmaları xahiş olunur.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti