Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib - FOTOLAR

   Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib -    FOTOLAR
  05 May 2019    Oxunub:1827
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib.
Marafon Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Ümumrusiya Millətlərarası Gənclər İttifaqının dəstəyi ilə təşkil edilib. “Küləyə qalib gəl” Bakı marafonuna dəstək məqsədilə keçirilən, müxtəlif millətlərə və dinlərə mənsub olan insanları birləşdirən, idman vasitəsilə sağlam həyat tərzini təbliğ edən aksiyada RAGB-nin nümayəndələri, Rusiyanın ali məktəblərinin tələbələri iştirak edib.

Moskva “Dostluq marafonu”nun məsafəsi 8 kilometrə yaxın olub. İştirakçılar “Universitet” metrosunun yaxınlığında start götürərək, şəhərin müxtəlif yerlərindən – Kosıgin küçəsindən, “Vorobyovı qorı”dan, Puşkinsk və Frunzensk sahilboyundan, “Neskuçnı sad”dan keçərək Qorki parkında finişə çatıblar.











Azvision.az



Teqlər: Leyla-Əliyeva   Moskva   Marafon  





Xəbər lenti