Vaşinqtonda Azərbaycan Mədəniyyəti Şənliyi - FOTOLAR
Qonaqlara Azərbaycanın qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb. Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illik yubileyi olması barədə qonaqlara məlumat verilib. Tədbir zamanı, xüsusilə Azərbaycan musiqisi və rəqsləri ziyarətçilərdə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs qrupunun ifasında “Naxçıvan Yallısı”, “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və digər milli rəqslərimiz açıq havada və səfirliyin binasında qonaqlara təqdim olunub. Həmçinin, bu il ilk dəfə olaraq Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri milli rəqslərimizi nümayiş etdiriblər.
Səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi də təşkil olunmuşdur. Qonaqlara Azərbaycanın milli kişi və qadın geyimləri, habelə Bakıda keçirilən Formula 1 yarışlarının əhval-ruhiyyəsini yaşatmaq üçün İçərişəhər qoşa qala qapısı önündə formula 1 avtomobil maketi fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.
Tədbir Vaşinqton meriyası tərəfindən “Dünya boyu səfirliklər turu” adlı mədəni festival çərçivəsində təşkil olunmuşdur. Azərbaycanın ABŞ-dakı Səfirliyi artıq altı ildir bu təşəbbüsdə iştirak edir. Bu il festivala 70 ölkənin səfirliyi qatılıb.
Azvision.az
Teqlər: ABŞ Azərbaycan