Trampdan müsəlmanlara Ramazan təbriki

  06 May 2019    Oxunub : 453
Trampdan müsəlmanlara Ramazan təbriki
ABŞ prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.
Ağ evın yaydığı təbrikdə Tramp Ramazan ayının müqəddəs Quranın Məhəmməd Peyğəmbərə nazil edildiyi zaman qeyd olunduğunu deyib. Bildirib ki, Ramazan ayı boyunca müsəlmanlar şəfəqdən gecəyə qədər oruc saxlayır, Qurandan surələr oxuyur və başqa insanlara qarşı xeyirxah əməllər edirlər.

Tramp, həmçinin insanların Ramazan ruhunda, daha ahəngdar və hörmətli cəmiyyətə nail ola bilmələrini qeyd edib və birinci xanım Melania Trampın da təbriklərə qoşulduğunu nəzərə çatdırıb.

Azvision.az

Teqlər: ABŞ   Tramp