Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı yoxdur

 Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı yoxdur
  06 May 2019    Oxunub:1808
Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, ötən gün Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub.

Azvision.az



Teqlər: XİN   Qəza   Moskva  





Xəbər lenti