İlham Əliyev Putinə başsağlığı verib

   İlham Əliyev Putinə başsağlığı verib
  06 May 2019    Oxunub:2248
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Azvision.az xəbər verir, başsağlığı mətnində deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Putin  





Xəbər lenti