Eldar Əzizov Bakıda iməcilik keçirib - FOTOLAR

  06 May 2019    Oxunub : 872
Eldar Əzizov Bakıda iməcilik keçirib - FOTOLAR
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə paytaxtın Xətai rayonundakı Cavanşir küçəsi boyunca ərazidə növbəti iməcilik keçirilib.
İcra hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, iməcilikdə hər iki qurumun əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumilikdə 200 nəfərdən çox insan iştirak edib.

Bu ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülüb, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib. İməcilikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağaclar əkilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən iməcilik, küçə boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.












Azvision.az

Teqlər: BŞİH   Eldar-Əzizov   İməcilik